Ölümündən sonra Avel Kaini gördü. Səhrada gedirdilər, hündür boyları onları uzaqdan göstərirdi. Yerdə oturdular, ocaq qaladılar və yeməklərini qızdırdılar. Ağır gündən sonra yorulan hər kəs kimi susurdular. Göy üzündə hələ kimsənin ad vermədiyi ulduz alışdı. Kain qardaşına dedi: - Bağışla. - Artıq xatırlamıram. Biz yenə birlikdəyik. Qardaş, kim kimi öldürüb? - Bax, indi sən məni bağışladın, Avel. Unutmaq- bağışlamaq deməkdir. Mən də xatırlamamağa çalışacam. - Elədir, qardaş. Nə qədər ki, xatırlayırsan- günahkarsan.
Əks
1952-ci ilin iyul günlərindən birində o, Çakoda, balaca kəndlərdən birində peyda oldu. Hündürboy, arıq, durğun simalı idi. Onun haqda müxtəlif söz-söhbət vardı, hardan gəldiyini, kim olduğunu danışırdılar. Çayın yanında yer seçdi və iki qonşunun köməyilə pillələrə lövhə mıxladı, üstdən isə kürənsaç kuklalı qutu qoydu. Sonra hündür şamdanlarda hərəsi dörd şam yandırdı, ətrafdasa güllər əkdilər. Tezliklə bütün kənd bura gəldi. Hövsələsiz qocalar, təəccüblənmiş uşaqlar, sarı probkalı şlemə hörmətlə baxan kəndlilər qutunun yanından keçərək, kədərlə təkrarlayırdılar: “Başsağlığımı qəbul edin, General”. O isə kədərli halda, başını aşağı salaraq, əllərini qarnının üstündə bir-birinə qoşub durmuşdu; sanki camaatın qarşısındakı qadın idi və cavab verirdi: “Qismət. Mümkün olan hər şey edildi”. Yanında parç qoyulmuşdu, hər kəs ora iki peso atır və yenidən tabuta yaxınlaşırdı. Məndən soruşula bilər ki, bu kədərli məzhəkəni düşünüb, oynamış adam kimdir? Fanatik, dəli, həyasız? O fikirləşirdi ki, faciəli dul obrazını oynayan Perondur? Bu hadisə inanılmazdır, amma həyatda olub, özü də bir dəfə yox, müxtəlif yerlərdə fərqli dekorasiyalar, aktyorlarla. Bu, həmin qəribə, real olmayan vaxtın ən yaxşı güzgüsüdür, bu, bihuşluqda görülmüş yuxudur, bu, tragediyada dramdır, bu, “Hamlet”də giriş pyesidir. O, Peron deyildi, necə ki, kürən kukla Yeva Duarte deyildi, Peron da Peron deyildi, Yeva da Yeva deyildi, onlar hamısı tanınmamış və unudulmuş (adları vacib olmayan) anonimlərdir ki, sadəlövh əyalət adamlarıyla oynayıblar.
Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net
DİQQƏT!
Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22
YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...
Redaksiya-Ekspert Şurası:
ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri
Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik
Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı
Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi
Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru
Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru
Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü
Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi
Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi
Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi
Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi
Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,
Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici
Xüsusi qeydlər:
Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...
Данный тексты не может быть использован в коммерческих целях...