Reklam verin!

Güney Azərbaycan problemləri. E-mənbə və yazı

E-mənbə: http://mesih.azeriblog.com

 

  • "Bakı-Təbriz" dərgisi N4 

  • "Bakı-Təbriz" dərgisi N5

  • "Bakı-Təbriz" dərgisi N6

  • "Bakı-Təbriz" dərgisi N7 

  •  


  • "Bakı-Təbriz" dərgisi N8

  • "Bakı-Təbriz" dərgisi N9

  • "Bakı-Təbriz" dərgisi N10

  •      obali

  • Əhməd Obalı: “Bütöv Azərbaycan ABŞ-ın maraqlarına zidd deyil”

  • O, bizim güneyli qardaşımızdır. Ərdəbil mahalından olan qonağımız elə doğma yurdunda müxalif fikirlərinə görə zindan həyatı da yaşayıb. Girov müqabilində zindandan çıxandan sonra isə gizli yollarla doğma vətənini tərk etməyə vadar olub. Artıq 25 ildir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayır. Budəfəki qonağımız Əhməd Obalıdır. Artıq üç ildir fəaliyyətdə olan Güney Azərbaycan Televiziyasının (Gün.AzTV) rəhbəri, Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədr müavini.
    Əhməd Obalı Güney Azərbaycanda repressiyaların indiki zamanda da davam etməsini üzgünlüklə qeyd eləyir: “Bu gün Güneydə siyasi hərəkat yoxdur. Hazırda Güney Azərbaycanda artıq milli hərəkat var. Bilirsiniz ki, zaman dəyişdikcə siyasi qruplar fikirlərini, istəklərini dəyişə, yaxud alverə gedə bilirlər. Amma milli məsələdə dəyişiklik olmur. Milli məsələdə ya haqq verilməlidir, ya da o, güclə alınacaq. Əgər bir hərəkat nahaq, məntiqsiz istəklər üstündə başlanıbsa, uğur qazansa belə, böyük ehtimalla o, arada cayacaq. Bizim hərəkat haqq bir hərəkatdır. Biz insani haqlardan ayrı bir haqq istəmirik. İkincisi, hərəkatın təməlinə, bünövrəsinə baxanda görürük ki, bu millətin içindən qalxmış və əksəriyyətin istəyini ifadə edir. Bunu bir nəfər qaldırmayıb ki, həmin bir nəfəri öldürməklə hərəkatı yatırmaq mümkün olsun. Hərəkat millətin içindədir. Üçüncüsü, bütün dünyada milli-azadlıq hərəkatı gedir. Digər tərəfdən, güneydəki milli hərəkat yeni deyil, onun uzun tarixi var. İndi çox mühüm bir fürsət yaranıb. Yəni Quzey Azərbaycanın müstəqilliyi milli hərəkata daha da güc verir. Hakimiyyətində və ya müxalifətində kimin olmasından asılı olmayaraq, Azərbaycan dövləti və bayrağı varsa, Güney Azərbaycanda milli hərəkat davam edəcək”.
    Güney Azərbaycanda repressiyaların son zamanlar daha da artmasına gəldikdə, Ə.Obalı hesab edir ki, Əhmədinejad hakimiyyəti Qərb dövlətlərinin basqısını və üstəlik içəridəki parçalanmaların qarşısını almaq üçün bu tədbirlərə əl atır: “Əhmədinejad hakimiyyəti yenə də sıfıra qayıtmaq, yəni Xomeyninin yenicə hakimiyyətə gəlməsindən sonrakı illərdə başlanan repressiyalara dönüb, milləti əzmək, sonra isə azadlıq adı altında onlara müəyyən hüquqların mində birini vermək istəyir. Gedişat onu göstərir ki, nə qədər o, bu basqını çoxaldırsa, o qədər də öz hakimiyyətinin ömrünü azaldır”. Əhməd bəy İran hakimiyyətində təmsil olunan azərbaycanlıların sayının sürətlə azaldığını da vurğuladı: “Nazirlərin sayı bir-iki dənədir. Onlar da lazımsız yerdə oturublar. Bu vaxtacan xarici işlər, daxili işlər nazirləri azərbaycanlı olmayıb. Ümumiyyətlə, güc orqanlarının başına heç vaxt azərbaycanlı gətirilmir. Deyə bilərsiniz ki. Xameneyi özü azərbaycanlıdır. Əslində onun əsil-nəcabəti azərbaycanlı olsa da, sonradan Xorasana köçüb, dilimizi belə çox cüzi şəkildə bilir. Digər tərəfdən, o, azərbaycançılığa yox, fars hegemonluğunun xidmətində duran şəxsə çevrilib. Bu mənada o da azərbaycanlı sayılmamalıdır”.
    - Yaxın perspektivdə Güney və Quzey Azərbaycanın birləşməsi ilə bağlı ümidləriniz varmı?
    - Məncə, artıq ümiddən keçib. Həqiqət budur ki, bir reallıqla barışmaq lazımdır: güney müstəqil olacaq və quzeylə birləşəcək. Sadəcə bunun zamana ehtiyac var. Bu hadisə tez və ya gec ola bilər. Ancaq biz onun zamanına təsir eləməliyik ki, bu hadisə tez olsun. Biz niyə bir-birimizdən ayrı qalmalıyıq?
    - İran ətrafında cərəyan edən hadisələr, bu ölkəyə qarşı hərbi əməliyyatların həyata keçirilməsi Azərbaycanın birləşməsi prosesini uzada, yoxsa tezləşdirə bilər?
    - Bu hadisələrin hər iki təsiri ola bilər. Biz proseslərə hazır olsaq və hər hansı hadisə olanda vəziyyətdən öz xeyrimizə istifadə edə bilsək, birləşməni tezləşdirə bilərik. Əks təqdirdə əksi baş verə bilər.
    Müsahibim ABŞ-ın Güney Azərbaycanla bağlı siyasətinin tənqid olunması ilə də razı olmadığını vurğuladı. Onun fikrincə, Amerikanın mövqeyi haqqında həm Azərbaycanda, həm də Türkiyədə çox yanlış fikir var. Əhməd bəy fikirlərini aşağıdakı kimi əsaslandırdı: “ABŞ-ın mövqeyini biz onun gördüyü işlərdən anlaya bilmərik. Amerikanın uzunmüddətli strategiyasına, onun milli maraqlarına baxanda deyə bilərik ki, onun mövqeyi necədir? Bu gün ABŞ hətta bizim əleyhimizə bəyanat da verə bilər. Amma bu, o demək deyil ki, Amerika tam bizim əleyhimizədir. Əgər Güney Azərbaycanın müstəqilliyi ABŞ-ın xeyrinədirsə, deməli, o, bizi dəstəkləyəcək. Əks təqdirdə bəlkə də bu məsələdə neytral qalacaq. Sözdə Amerika Güney Azərbaycanın müstəqil olması ilə müxalif olmalıdır. Beynəlxalq qanunlar çərçivəsində Amerika deyə bilməz ki, Güney Azərbaycan müstəqil, federal olsun və ya birləşsin. Sovetlər Birliyi parçalanmamışdan əvvəl Amerika dövləti rəsmi surətdə burdakı milli-azadlıq hərəkatının əleyhinə idi. Hətta Qorbaçovun sözlərinə əsaslanıb prosesi ”islamçı", “fanatik” bir hərəkat adlandırırdı. Amma biz bilirdik ki, əslində o, hərəkatın əleyhinə deyildi. Əgər demokratik dövlətdirsə, deməli, bu hərəkatı dəstəkləməliydi. Necə ki, sovetlər dağılanda Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri Amerika özü oldu. Yəni Bütöv Azərbaycanın yaranması ABŞ-ın mənafeyinə zidd deyil. Bu gün Quzey Azərbaycan Amerikaya yaxındırsa, məntiqlə o, güneylə quzeyin birləşməsini dəstəkləməlidir". Ə.Obalı əmindir ki, güneylə quzeyin birləşməsi Qərb dövlətlərinin xeyrinədir: “Bu gün Orta Asiya ilə Qərb dünyası arasında zəif də olsa, əlaqə yaradan Azərbaycandır. Digər tərəfdən Gürcüstan Azərbaycansız yaşaya bilməz. Ona görə də Azərbaycan çox önəmli yerdədir. Bu mənada Azərbaycanın güclənməsi Qərbin də xeyrinədir. Azərbaycanın güclənməsi həm də onun birləşməsindən keçir”.
    Gün.AzTV-nin fəaliyyətinə gəldikdə, Ə.Obalı qeyd etdi ki, onlar milli ruhu qaldırmağa, millətin diqqətini kiçik məsələlərdən böyük problemlərə yönəltməyə daha çox çalışır: “Bizim xarici dövlətlərin siyasətinə təsir eləmək gücümüz və fikrimiz yoxdur. Hesab edirik ki, millətimiz getdikdə güclənirsə, o, özü özlüyündə xarici siyasətə də təsir eləyə biləcək”. Çikaqodan yayımlanan Gün.AzTV 24 saat ərzində peyk vasitəsilə efirə çıxır. Ə.Obalı deyir ki, İran tərəfi televiziyanın yayımına ciddi əngəllər törədir: “Elə Türksatdan kəsilməsi də İranın təsirinin nəticəsiydi. Ancaq İranın imkanı olsa, elə bu gün televiziyanı bağlayar. İndi həm də ayrı setlaytdan da yayılırıq və üstəlik də 24 saat ərzində internetdə həmişə varıq”.
    Ə.Obalı Azərbaycanın Güney Azərbaycana hazırkı münasibətinə görə qınamaq fikrində olmadığını da söylədi: “Ermənistan, Rusiya, İranın mühasirəsində olan bir ölkə Tehrana qarşı açıq-aşkar aqressiv mövqedə ola bilməz. Biz Güney haqqında bundan çox danışılmasını arzu edərdik. Amma mümkün deyil. Çünki Azərbaycan təkdir, ağır durumdadır, digər tərəfdən Naxçıvan məsələsi var. Hər halda fars şovinizmindən qorxmaq da lazım deyil. Bəzən onların qarşısına çıxmağa ehtiyac var. Onu da deyim ki, biz güney məsələsində qonşu və hətta qardaş ölkələrdən yardım gözləmirik. Biz özümüz ayağa durmalı və problemimizi öz əlimizlə həll etməliyik”.
    Rubrikamızın qonağı Güney Azərbaycanda milli hərəkatın xeyli güclü olduğunu vurğuladı. milli hərəkatın pərakəndə şəkildə fəaliyyət göstərdiyi barədə deyilənləri isə qəbul etmədi: “Mən iki il əvvələdək hərəkatın bu qədər koordina olunduğunu bilməzdim. Sizə açığını deyim ki, Güneyin içində olan aktivlər xaricdə olan heç kəsi lider kimi qəbul eləmirlər. Güneydəki fəallar hələlik hərəkatın kollektiv olaraq qabağa getməsinin tərəfdarıdırlar. Ona görə də yeganə bir lider ortada yoxdur. Olsa da, həmin lider elə güneyin içindən çıxacaq. Orda bizim Abbas Lisani, Saleh Kamrani, Səid Mətinpur kimi çox böyük şəxsiyyətlərimiz var. Eyni zamanda arxada duran ağsaqqallarımız da var ki, adlarının açıqlanmasını istəmirlər”.
    Ə.Obalı Azərbaycan mətbuatının güney məsələsinə diqqətindən razı qalmadığını da söylədi: “Müstəqil mətbuat vaxtaşırı bu mövzuda yazmalıdır. Azərbaycanın böyük hissəsi Arazın o tayındadır. Ən azı hər qəzetin bir səhifəsi Güney Azərbaycana həsr olunmalıdır”.
    Söhbətin yekununda 25 ildir ayrı düşdüyü Ərdəbil üçün darıxdığını söylədi: “Darıxanda güneyli-quzeyli şairlərin yazışmalarını, Şəhriyarı, Bəxtiyar Vahabzadəni, Mədinə Gülgünü oxuyuram: ”İnanıram ki, bir gün bu həsrətə son qoyulacaq".

  • Elşad PAŞASOY

  • Qaynaq: “Yeni Müsavat” qəzeti, 26.11.2007
    (Müsahibə müəyyən ixtisarla verilib)

  • Baxış sayı: 157
    Açar sözlər:
    Bookmark and Share


    Şərh yazın



    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

    Blog Haqqında


    artyazar

    Tezliklə burda görüşəcəyik:

    www.Kitabxana.Net

    Rəsmi tərəfdaşlarımız:

    Azərbaycan Yazıçılar Birliyi
    (sədri Anar)

    www.azyb.net

    Solita.NET
    "Hosting & Internet service Company"
    Baku, AZ1118 Azerbaijan
    Tel:(+994) 50 522 22 08
    E-mail:billing@solita.net

    DİQQƏT!

    Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
    Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
    Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
    38030066470001
    VÖEN: 1700430481
    “Texnikabank” ASC Kodu: 506872
    VÖEN: 9900000681
    Müxbir Hesab: 0137010031944
    S.W.I.F.T.BIK: TECİAZ22

    Tel.: (+99412) 418 93 58; 438 03 17;
    (0-50) 213 40 43; (070) 317 80 01

    e-mail: artyazar@yahoo.com

    Portalımızın başqa saytları:

    www.yysq.azeriblog.com
    www.xariciedebiyyat.azeriblog.com
    www.artyazar.azeriblog.com
    www.azeriedebiyyati.azeriblog.com

    YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
    Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

    Redaksiya-Ekspert Şurası:

    ANAR,
    Azərbaycan Yazıçılar Birliyi sədri

    Nizami Cəfərov,
    Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

    Orxan Pamuk,
    Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

    Oljas Süleymenov,
    Qazaxıstanın xalq şairi

    Hamlet İsaxanlı,
    Xəzər Universitəsinin rektoru

    Bəhruz Axundov,
    "Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

    Çingiz Abdullayev,
    MDB Yazıçılar Konfederasiyasının İH üzvü

    Çingiz Əlioğlu,
    AR Mədəniyyət və Turizm Nazirliyi

    Rizvan Əbilov,
    Rusiya Federasiyası nümayəndəliyi

    Şəmsəddin Küzəçi,
    Türkiyə və İraq-Türkman nümayəndəliyi

    Aydın Xan (Əbilov),
    YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

    Səlim Babullaoğlu,
    "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

    Səxavət Sahil,
    "Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

    Xüsusi qeydlər:

    Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
    Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

    Данный тексты не может быть использован в коммерческих целях...

    Yeni Yazarlar və Sənətçilər Qurumu

    Axtarış

    Açar sözlər

      azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

    Sayqaç

    İndi blogda: 13
    Keçən ayın hiti: 51586
    Dünənki hit: 1311
    Bugünki hit: 411
    Ümumi hit: 414311

    AddThis Feed Button
    Add to Technorati Favorites