Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 31, 2007 12:04

  Con Ebenezer Esslemont. "Bəhaullah və Yeni Era"

John Ebenezer Esslemont. Baha'u'llah and the New Era.

İngilis dilindən tərcümə.

ÖN SÖZ

I FƏSİL. XOŞ MÜJDƏ

II FƏSİL. BAB - MÜJDƏÇİ

III FƏSİL. BƏHAULLAH — ALLAHIN ŞƏRƏFİ


IV FƏSİL. ƏBDÜLBƏHA — BƏHANIN QULU

V FƏSİL. BƏHAİLƏR KİMDİR

VI FƏSİL. DUA

VII FƏSİL. SAĞLAMLIQ VƏ MÜALİÇƏ

VIII FƏSİL. DİNİ BİRLİK

IX FƏSİL. HƏQİQİ SİVİLİZASİYA

X FƏSİL. SÜLHƏ GEDƏN YOL

XI FƏSİL. MÜXTƏLİF TƏLİMLƏR VƏ TƏLİMATLAR

XII FƏSİL. DİN VƏ ELM

XIII FƏSİL. BƏHAİ DİNİNDƏ HƏYATA KEÇMİŞ PEYĞƏMBƏRLİKLƏR

XIV FƏSİL. BƏHAULLAHIN VƏ ƏBDÜLBƏHANIN PEYĞƏMBƏRLİKLƏRİ

XV FƏSİL. KEÇMİŞ VƏ GƏLƏCƏK

XÜLASƏ


ÖN SÖZ

Həzrət Bəhaullahın Təlimi ilə ilk dəfə 1914-cü ilin dekabrında Həzrət Əbdülbəha ilə görüşmüş dostlarımla etdiyim söhbətlərdən və bir neçə kitabçanı oxuyandan sonra tanış oldum.

Bu Təlimin fikir dərinliyi, gücü və gözəlliyi məni heyrətə gətirdi. Hiss etdim ki, bu din müasir dünyanın tələbatına mənə məlum olan dinlərdən daha artıq və tam cavab verir. Sonrakı mütaliələr mənim bu fikrimi daha da dərinləşdirdi və inamımı təsdiq etdi.

Bu Təlimlə daha ətraflı tanış olmaq arzusu ilə ədəbiyyat axtarışı məni böyük çətinliklərlə rastlaşdırdı, onları oxuyub öyrəndikdən sonra isə başqaları üçün həmin yolu asanlaşdırmaqdan ötrü bu Təlimin mahiyyətini kiçik bir kitabda şərh etmək qərarına gəldim.

Müharibədən sonra Fələstinlə əlaqələr bərpa olunduğu zaman, o vaxt hələ işlənməmiş halda olan kitabın ilk doqquz fəslini əlavə etməklə Həzrət Əbdülbəhaya məktub yazdım. Bir müddət keçdikdən sonra olduqca iltifatlı və xeyirxah rəy, həmçinin Hayfaya gəlmək üçün səmimi dəvət və bütün əlyazmalarımı da gətirmək xahişi aldım. Mən bu dəvəti qəbul etdim və iki ay yarım müddətində, 1919 və 1920-ci illərin qışında Həzrət Əbdülbəhanın qonağı olmaq şərəfinə nail oldum.

Orada olduğum zaman Həzrət Əbdülbəha bir neçə dəfə kitab barəsində mənimlə söhbət etdi. O, mənə xeyli dəyərli göstərişlər verərək təklif etdi ki, bütün əlyazmaları işləyib hazırladıqdan sonra Onun oxuyub lazım bildiyi yerlərdə düzəlişlər edə bilməsi üçün onları fars dilinə tərcümə etdirim. Bu təklifə əməl olundu. Həzrət Əbdülbəha Özünün məşğulluğuna baxmayaraq, bizi tərk edənə qədər kitabın üç fəsil yarımını: birinci, ikinci, beşinci fəsilləri və üçüncü fəslin yarısını redaktə etməyə vaxt tapdı.

Dərin təəssüf hissi keçirirəm ki, Həzrət Əbdülbəha bütün əlyazmalarımı tam redaktə edə bilmədi və bununla da mənim işimə böyük dəyər bəxş etməyə müvəffəq olmadı. Buna baxmayaraq, İngiltərə Bəhailərinin Milli Ruhani Məhfilinin çap komitəsi tərəfindən əsərin bütün əlyazmaları diqqətlə oxunmuş və bəyənilmişdir.

Mən miss E. Rozenberqə, xanım Koulsa, Mirzə Lütfulla Həkimə, cənab Roy Vilhelmə, cənab Mauntfort Millsə və digər dostlarıma hazırlıq işlərində mənə göstərdikləri çox dəyərli köməyə görə təşəkkür edirəm.

Bu kitabda qəbul olunmuş ərəb və fars adlarının və sözlərinin transliterasiya sistemi Həzrət Şövqi Əfəndinin bütün bəhai dünyasına etdiyi tövsiyəyə uyğundur.

Feyerford, Aberdin yaxınlığında Kul
C. E. Esslemont


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com