Mustafa Kamal Atatürk. Həyatı

Mustafa Kamal Atatürk
Mustafa Kamal Atatürk

1881-1912

Mustafa Kamal Atatürk, 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulmuşdur. Atası Əli Rza Əfəndi, anası isə Zübeydə Xanım idi. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşgul olmuş Əli Rza Əfəndi, 1871-ildə Zübeydə xanımla evlənmişdir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşamışdır.


Mustafa əvvəl Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başlamış, sonra atasının istəyi ilə Şəmsi Əfəndi məktəbinə keçmişdir. Bu müddətdə atasını itirmişdir (1888). Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlamışdır. 1893-cü ildə hərbi məktəbə daxil olmuş, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına “Kamal”ı əlavə etmişdir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlamışdır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il, 11 yanvarda kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət etmiş, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi almışdır. Sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il, 19 apreldə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi Manevralarında iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlamışdır.

1911-1919

1911-12 Türk-İtalyan Müharibəsində Mustafa Kamal bir grup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 1911-ci il, 22 Dekabrda italiyanlara qarşı Tobruk döyüşündə qalib gəlmişdir. 1912-ci il, 6 Martda Dərnə komendantı təyin olunmuşdur.

1912-ci ilin Oktyabrında Balkan Müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak etmişdir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olmuşdur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunmuş, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatmışdır. Bu müddət ərzində I Dünya Müharibəsi başlamış, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərildmişdir.

1914-cü ildə başlayan I Dünya Müharibəsində, Mustafa Kamal Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərmişdir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkrdə vəzifə almış, 1 Aprel 1916-cı ildə general-mayor rütbəsinə yüksəlmişdir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin etmişdir. 15 Avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilmiş, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafia təşkil etmişdir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra, 31 Oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilmiş, bu ordunun ləğv edilməsindən sonra isə 13 Noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlamışdır.

1919-1923

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna getmişdir. 23 iyul-7 avqust 1919 tarixləri arasında Ərzurum, 4-11 Sentyabr 1919 tarixləri arasında da Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən etmişdir. Dekabr 1919-cu ildə Ankarada həyəcanla qarşılanmış, 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılmışdır. Məclis və hökümət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin etmişdir.

Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri:

•          Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi.
•          Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921).
•          I İnönü zəfəri (6-10 Yanvar 1921).
•          II İnönü zəfəri (23 Mart-1 Aprel 1921).
•          Kütahya-Eskişehir döyüşləri.
•          Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921)
•          Böyük Hücum, Başkumandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust - 9 Sentyabr 1922)

Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatdı. Beləliklə Sevr Müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 Noyabr 1922-ci xilafət və monarxiya birbirindən ayrılmış, monarxiya ləğv edilmişdir. Beləliklə Osmanlı İmparatorluğu ilə əlaqələr kəsilmişdir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilmiş, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilmişdir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk höküməti qurulmuşdur. Türkiyə Cümhuriyyəti, “Hakimiyyət qeydsiz-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzərində qurulmuşdur.

1923-1938

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilmişdir.

15-20 Oktyabr 1927-ci ildə Qurtuluş mübarizəsindən və Cümhuriyyətin quruluşundan bəhs edən Böyük nitqi, 29 Oktyabr 1933-cü ildə də 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Latife Xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.

Soyadı Qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.

Fransız və Alman dillərini bilirdi.

10 noyabr 1938-ci il saat 9.05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, movzoleyi tikildikdən sonra 10 noyabr 1953-ci ildə oraya köçürülmüşdür.

İnqilab və İslahatlar

Atatürk, Türkiyəni “Müasir mədəniyyət səviyyəsinə çıxartmaq” məqsədi ilə bir çox inqilab və islahatlar həyata keçirmişdir. Bunlar beş ana başlıq altında toplana bilər:
Siyasi sahədə
•          Monarxiyanın ləğvi (1 noyabr 1922)
•          Türkiyənin cümhuriyyət elan edilməsi (29 oktyabr 1923)
•          Xilafətin ləğvi (3 Mart 1924)

İctimai sahədə
•          Qadınlara və kişilərə bərabər haqlar verilməsi (1926-1934)
•          Papaq və paltar inqilabı (25 noyabr 1925)
•          Təkkə, zaviyə və türbələrin bağlanması (30 noyabr 1925)
•          Soyadı qanunu (21 iyun 1934)
•          Ləqəb və titulların ləğvi (26 noyabr 1934)
•          Beynəlxalq saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931)

Hüquq sahəsində
•          Osmanlı Məcəlləsinin ləğvi (1924-1937)

Təhsil və Mədəniyyət sahəsində
•          Tədrisin birləşdirilməsi (3 mart 1924)
•          Yeni türk əlifbasının qəbulu (1 noyabr 1928)
•          Türk Dil və Tarix qurumlarının təşkili (1931-1932)
•          Universitet təhsilinin nizamlanması (31 May 1933)
•          İncəsənətdə yeniliklər

İqtisadi sahədə
•          Kəndlilərdən alınan Onda bir vergisinin ləğvi (1925)
•          Fermer fəaliyyətinin təşviqi
•          Nümunəvi fermer təsərrüfatlarının qurulması
•          Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması
•          I və II İnkişaf Planlarının (1933-1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması

Əsərləri
•          Tabiye Meselesinin Halli və Emirlerin Sureti-Tahririnə Dair Nesayih
•          Takımın Muharebe Talimi (Alman dilindən tərcümə-1908)
•          Cumalı Ordugâhı - Süvari: Bölük, Alay, Liva Talim və Manevraları (1909)
•          Tabiye və Tetbiqat Seyahati (1911)
•          Bölüğün Muharebe Talimi (Alman dilindən tərcümə-1912)
•          Zabit və Kumandan ile Hasbihal (1918)
•          Nitq (1927)
•          Vətəndaş üçün Mədəni Bilgilər (1930)
•          Həndəsə (1937)
*          Atatürk'ün Resmi Yayınlara Girmemiş Söylev Demeç Yazışma ve Söyleşileri, Kaynak Yayınları, 448 s.

Baxış sayı: 260
Açar sözlər:


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:



www.Kitabxana.Net



Rəsmi tərəfdaşlarımız:



Azərbaycan Yazıçılar Birliyi
sədri: Anar



http://azyb.net



Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net


Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 1 000 000-a yaxın e-istifadəçinin yararlandığı, İnternetdə anadilli şəbəkə resursların arasında xüsusi cəhətlərinə görə seçilən bu Virtual Elektron Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycanın inkişafı baxımından inkişaf etdirmək vacibdir.
Başqa qurumlar - dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə, istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:

Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:

38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Virtual Milli Elektron Kitabxananda (e-axtarış sistemli) - 2000-ə yaxın İnternet səhifəsi olan portalda 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri yer alıb: istifadə etmək pulsuzdur.
Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

Anar,
Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru, professor, şair

Kamal Abdulla,
Bakı Slavyan Universitetinin rektoru, yazıçı, professor

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü, AYB katibi, xalq yazıçısı

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi, şair-tərcüməçi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi, şair, araşdırmaçı

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi, YYSQ sədri, yazıçı-kulturoloq


XÜSUSİ QEYD:

Bu resursdaı materiallar - mətnlər və e-kitablar sayt rəhbərliyinin, həmçinin müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də hər hansı bir başqa formada yayıla bilməz! Azərbaycan Respublikasının milli qanunvericiliyə və ölkəmizin qoşulduğu beynəlxalq sazişlərin bəndlərinə uyğun olaraq müəlliflik və əlaqəli hüquqlar tanınır...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu sədri,
yazıçı-kulturoloq Aydın Xan (Əbilov)

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  rəsulzadə.  əmin  ixtilal  "stalinlə  avropa  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  qumluqdakı  roman  энциклопедия  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  "milli  fəthullah  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  "мифологии"  (iv)  delerm  sirus  afrikasayaği  э.  vahe  babın  ömür  problemi  tarixi  (полный  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  isfahandaki  "1905-1906-cı  borxes.  «məsnəvi».  “əli  hiss  dəri  "постструктурализм.  возрождения  ebenezer  milli-demokratik  üstünlüyu  фуко,  avetyan:  tahirzadə:  drami  ale-əhməd.  möhsün  brut  marşallek.  baba  sirri"  ölkənin  peter  постмодернизма  барт.  xatirələri  filip  folkner  ssri  aparteid  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  ziyalisi  türkiyə  «слова  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  mövqeyi  luis  "amerikansayaği  ermənişünaslığı  еtmək"  onore  деконструктивизм.  древних  era"  xalqlari  mədədi.  demokratiya  коммуникация.  cinayətkarlar  «azərbaycan  h.ibsen  cəlal  nəvvab  mark    qərb  kamal:  ələkbərli.  samuel  turrini.  а.к.,  ролан  "zahidin  hər  viliam  "zamanı  faşizm  век  века  sorokin.  zərəndi.  səhifələr  güney  frensis  вещи»  лебедев  mirzə  ilk  mühacirət  şüur  sarayinda  erməni-müsəlman  şekspir  arxasinda  "şərqin  "ermənistan:  üzlük  ильин  средневековья  (ii)  esslemont.  postmodernizm  məktubu  islam  культура  edir"  ədalət  kitabından  dili  (osmanli  yuni  ralf  şərq  masonluq  dilinin  terrorçu  vaxtım  аналитическая  arvadı"  şey  nino”,  balzak.  культурология  vladimir  "bəhaullah  kino  hərəkatı  fukuyama.  мишель  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  səfəvi  illər  xorxe  dayanir?"  erməni  fərid  "xristian"  mənim  илья.  эпох,  (iii)  yeni  rəhbərliyinə  terror,  лич.  idarə  "...həzrət  məhəmmədin  iran  dövləti)  sokrat  iv  adı  əfsanələr  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  rumi.  əladı  gülən.  de  con  sənəti  liderlərinin  mədəniyyətin  текст)  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  turxan  mir  yaddaşı  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  gizlinləri"  olanda  постмодернизм" 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 71865
Dünənki hit: 1802
Bugünki hit: 2007
Ümumi hit: 449231