![]() |
"Yaxın gələcəkdə - bir, uzağı iki ilə İrandakı dəyişikliyi hər kəs görəcək"
Güney Azərbaycan Milli Hərəkatının lideri, professor Mahmudəli Çöhrəqanlı
1961-ci ildə Güney Azərbaycanın (İran) Şəbistər şəhərinin Çöhrəqan kəndində müəllim ailəsində anadan olub. Babası Səttarxan Çöhrəqanlı Güney Azərbaycanın 3 böyük inqilabının; Məşrutə (1911), Xiyabani (1920) və Pişəvəri (1945) hərəkatlarının fəallarından olub. M.Çöhrəqanlı ilk təhsilini Şəbistərdə, orta təhsilini isə Təbrizdə alıb. O, Güney Azərbaycan kəndlərində müəllimlik etməklə bərabər, Təbriz Universitetinin Dil və Ədəbiyyat fakultəsində təhsilini davam etdirib.
Tehran Universitetində Ümumi Dilçilik üzrə namizədlik, Tehranın Müəllim Tərbiyə Universitetində isə doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında "Fars dilində türk sözləri" elmi əsərini müdafiə edərək professor dərəcəsi qazanıb.
1995-ci il parlament seçkilərində Təbriz seçki dairəsindən namizədliyini irəli sürüb, ilk dəfə milli hüquqların bərpası müddəasını platformasına salıb və geniş təbliğat işləri aparıb. 600 min seçicinin səsini qazansa da, İranın Ali Dini rəhbəri Ayəttollah Xamneinin onun haqqında ittiham dolu çıxışından sonra həbs edilib.
M.Çöhrəqanlı siyasi baxışlarına görə dəfələrlə həbsxanaya salınıb, işgəncə və təzyiqlərə məruz qalıb və ev dustağı vəziyyətində yaşayıb. Həbsxanada 2 dəfə beyin infarktı keçirib. Beynəlxalq təşkilatların, o cümlədən, BMT Baş Katibinin müraciətlərindən sonra İran rejimi onun müalicə məqsədilə İrandan çıxmasına icazə verməyə məcbur olub. Hazırda siyasi mühacirətdədir.
Bu gün burada iştirak edən bəyləri və xanımları salamlayıram. Mən birbaşa mövzuya keçmək istəyirəm: Güney dünən və bu gün.
Qeyd edim ki, babalarımızın tarix boyu çox üstün fiziki gücə malik olmalarına baxmayaraq, bir neçə səhvi bizi 1905-ci, 1910-cu və 1920-ci illərdə bir məğlub millət səviyyəsinə gətirib çatdırdı. Bunlardan birincisi bizim babalarımızın özlərini, "xilaskar" deməyək, çünki "xilas" ərəb, "kar"sa fars sözüdür, qurtarıcı hiss etmələri idi. Sanki, bizim sultanlarımız, padşahlarımız bir ordu komandanıdır və türk milləti də bu ordunun əsgəridir, Allah da bunları göndərib ki, digər millətləri qurtarsınlar. Orada inandıqları ideologiyanı hakim etmək istəmişlər. Onları öz imperatorluqlarına qovuşdurmaq və qoşmaq istəmişlər. Bu məsələləri hamımız bilirik və ona görə bu məsələyə geniş toxunmuruq.
İkinci məsələ hümmətçilik məsələsi idi. Yəni inandıqları ideologiyanın çərçivəsində bütün etnikləri toplamaq və millətçilik ünsürlərini, yəni öz millətlərini millət edən ünsürləri unudub və inandıqları ideologiyanın ünsürləri çərçivəsində etniklərin hamısını toparlayıb birləşdirmək niyyətində olmam ı şlar. Bu məsələ türklərin millətləşmə prosesini davam etdirərək başa vura bilməmələrinə səbəb olmuşdur. Təəssüf ki, hələ buna başlamayıblar ki, davam da etdirələr. Görürük ki, fransızlar, almanlar, ingilislər və başqa millətlər heç zaman qurtarıcı və ya h ümmətçi millət olmamışlar. Türklər 700 il Balkanlarda hakim olmuşlar, bununla belə, buralardan getdikdən sonra or a da türkdən heç bir izin, əsər-əlamətin qalma dığ ını görürük. Yalnız türklərin tikdiyi binalar, minarələr, körpülər onların nə vaxtsa orada olduğunu təsdiq edə bilir. Amma Fransa hər hansı bir ölkəyə daxil olubsa və orada 50-60 il qalıbsa həmin ölkəni özünə bənzər, özünə möhtac, kölə bir millətə çevirib. Bu gün biz görürük ki, fransızdilli ölkələr hər il qurultay keçirir və burada 50-55 ölkə iştirak edir.
![]() |
Hər halda bu məsələdə əsas səbəb odur ki, biz hətta 1905-11-ci illər Məşrutə i nqilabını da İran adına, İranda etniklərin hamısının qurtulması adına başlatdıq. İranda istibdadın məhv olması və onun yerinə insan haqlarına sayğısı olan demokratik bir rejim qurulması üçün Güney Azərbaycan bütün gücü ilə ən şərəfli, ən cəsarətli və qeyrətli insanlarını itirdi, qurban verdi. Çox təəssüf ki, bu məsələyə diqqət azdır və qanını, canını verən azərbaycanlının damarlarında qanın ın azaldığı zaman fars şovinizminin, hiyləgər farsın pərdənin arxasından çıxdığını və Avropa istismarçılarının köməkliyi ilə iş başına gəldiyini görürük. Örnək kimi Rzaxan Pəhləvinin 1924-25-ci illərdə hakimiyyəti qəsb etməsini, Məşrutə inqilabından sonra Xiyabani, Pişəvəri hərəkatını, daha sonra İslam hərəkatını göstərmək olar. Yenə də bizim bir öndərimiz olmadı ki, bizi bu qurtarıcılıqdan, h ümmətçilikdən xilas etsin, Azərbaycanda və İrandakı türklərin içərisində millətləşməni başlasın, bizim milləti millət edən prinsiplərə önəm versin, bunları bizlərə tanıtdırsın. Çox təəssüf ki, bu olmadı və müharibədə yüz minlərlə insanımız "İslamı qurtardıq", "İranı qurtardıq" deyə öz canlarını qurban verdilər.
Mən millətimin bir kiçik oğlu, fədaisi, əsgəri olaraq bu məsələni təqribən 30 il bundan əvvəl - özümü dərk edəndən, 16-17 yaşımdan düşünürdüm: biz niyə bu gündəyik? Biz nədən bu günə qalmışıq? İslam inqilabı başlayanda bunların həllinə girişdik, ucadan deyilməsinə başladıq. Lakin çox təəssüf ki, Pəhləvi rejimi azərbaycanlılara o qədər təzyiq etmiş, sıxmış, onları ən ibtidai insan haqlarından məhrum edərək, fars kültüründəki görünməmiş təhqirləri bütün fars toplumunun, İran əhalisi və cəmiyyətinin içində o dərəcədə yaymışdı ki, çoban çobana, alim alimə təhqir gözü ilə baxırdı. O dəhşətli və cəhənnəm rejimindən qurtulmağa, Allahın, İslamın, Quranın və ədalətin hakim olacağına inama görə birlik, bərabərlik, qardaşlıq şüarları ilə insanların, millətlərin hamısı İslam inqilabına qoşuldu. Ancaq bu inqilabın özü, təəssüf ki, sınaqdan keçməmiş bir inqilab oldu. Səddamın və İraqın İrana ən ağır zərbəsi bununla bağlıdır. Altı ay, bir-iki il bu inqilabın imtahandan çıxması üçün vaxt olsaydı, bu sistemin mahiyyətini dərk etmək üçün imkan olsaydı, yəqin ki, heç kim onu müdafiə etməzdi. Azərbaycanlılar ayrı yolları olmadığından və bunu Allah hakimiyyəti bildiklərindən bütün gücləri ilə yeni hakimiyyəti müdafiə etdilər. Azərbaycanın 300 minə yaxın şərəfli, namuslu övladı bu müharibədə həlak oldu. Hər halda bu gün azərbaycanlılar dünyanın ən güclü tarixi və mədəniyyətlərindən birinə sahib olmalarına baxmayaraq, dünyanın ən zəif, ən ölümcül və ən qatı şəkildə asimilə (assimilyasiya- red .) olunmuş bir milləti durumuna çatmışdır. Bu bir həqiqətdir. Bu insanlar xüsusilə də 8 il bundan əvvəl heç bir şey bilmirdilər; Səttarxanı belə tanımırdılar. Səttarxanı çağırdılar, öldürdülər, Tehranda dəfn etdilər, Bağırxanın başsız bədəni Təbrizə gəldi, başı Qəsri-Şirində qaldı, Xiyabanini öldürüb, itirib-bitirdilər ki, bunlar Azərbaycanda olmasın. Əgər onlar Azərbaycanda olsa, onların qəb i rləri məqbərələri, məzarları bir dirəniş, cəsarət, dayanış, qeyrət və müqavimət tapınağına çevrilər. Hər halda oyanış hərəkatı başladı. Hər şeydən öncə oyanış!
![]() |
Mən kiməm? Nə zamandan, haradan yeriməyə başlamışam və indi har a dayam? Bu günə kimi başıma nələr gəlib? Bu müsibətləri kimlər başıma gətirib?
Hər bir insan və hər bir millət öz keçmişini bilməlidir. Bunu nə Guney, nə də Quzey azərbaycanlı bilirdi. 1938-ci ildə Stalinin "özünə türk demə, azəri de" əmri ilə Quzeydə özümüzə azəri deyirik. Hələ də bu səhvi düzəldə bilməmişik ki, "mən azəri deyiləm, mən türkəm".
"Haralısan? - Azərbaycanlı.
Soyun? - Azərbaycan.
Dilinin adı? - Azərbaycanca"
Sən azərbaycanlısan, ancaq sən oğuz türküsən, sənin dilinin adı oğuz türkcəsidir. Sən azərbaycanlısan, sən türksən, sənin dilinin adı türkcədir. Bizim məcburən dərin və ağır oyanışa ehtiyacımız var. Bu gün Güney Azərbaycanda bu oyanış başlayıb və bu oyanış 50 il, 100 il, 200 il davam etməlidir. Anadan doğulandan oyanış ölənə qədər də oyanış!
Bizi çox ağır və acı vəziyyətdə assimilyasiyaya məruz qoyublar. Sağımızı-solumuzu tanımırıq, özümüzü tanımırıq, bizlə olanları və düşmənlərimizi tanımırıq. Biz bunları anlamağa, bilməyə başlamışıq. 8 ildən sonra yetərli bir səviyyədə oyanmışıq. Bu gün Güneydəki 35 milyon azərbaycanlının ən azı 1/10-i, yəni 3,5 milyonu yetərli bir səviyyədə oyanıb və özünü qurtarmağa, müqəddəratını əldə etməyə, gələcəyini təmin etməyə hazırdır. Lütfən bundan uzaq olmayaq. Əlimizdən gəlirsə , yardım edək, əlimizdən gəlmirsə , bu hərəkatın ayağından çəkməyək. Hər halda Güney Azərbaycanı tanıyırsınız, bu hərəkat nə zaman başladı , - bilirsiniz. İndi biz həm sizi və dünyanı ora dəvət edirik, gedin, olun və görün. Dünya gedir və görür ki, bunlar kimdir, nə yazırlar, nə danışırlar və nə istəyirlər . Burada hər şey məlumdur.
Bu hərəkatın təmsilçilərindən indi xaricə çıxıblar. Bu, lazım və vacib idi. Məncə, 1905-11-ci ildə biz düşdüyümüz durumu Türkiyəyə, Avropaya, Amerikaya və başqa ölkələrə anlatsaydıq, başımıza müsibətlər gəlməzdi. Məncə, 1919-20-ci il lər də, Xiyaban i hərəkatında bizim nə istədiyimizi, həmin hərəkatın da demokratik, istibdadın əleyhinə başlayan bir hərəkat, Xiyabaninin ən demokrat bir insan olmağını heç bir qonşu ölkə nə Amerika, nə Avropa anla y ırdı. İstibdadçı qüvvələr Xiyabani hərəkatını boğmuş, məhv etmiş, buna qarşı heç kəsin səsi çıxmamışdır. Biz 1945-46-cı illərdə Türkiyə, Amerika, Avropa ilə danışıqlar apara bilsəydik, bu müsibətlər başımıza gəlməzdi. Bilirsiniz ki, Pişəvəri Türkiyə ilə danışmaqda gecikmişdi. Düşməni tanımaq lazım idi. Rusiyanın iki yüz il ərzində Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdiyi, Azərbaycanı 1813, 1828-ci illərdə parçaladığı, bir milləti əsrlər boyu matəmə, yasa bürüdüyü halda ona güvənmək nə qədər doğru idi? Sənsə buna güvəndin, Türkiyə sağ cəbhəsinin üzvü idi, narahat oldu, səni qəbul etmədi və sən görüş, danışıq istədikdə, rədd etdi. Yıxılanda getdin, qaytardı, yıxılandan sonra solçular və bir qədər normal insanlar bir tərəfə, başqa qrup isə Türkiyəyə getdilər. Tutulub İran məmurlarına verildilər, qətl edildilər. Bilmirəm necə oldu və biz necə çıxdıq? Amma buna inanın ki, Quzey Azərbaycan da Güney Azərbaycanı olduğu kimi tanımırdı və hələ də tanımır. Quzey azərbaycanlı özünü olduğu kimi tanımadığına görə Güney Azərbaycanı tam tanıya bilmir. Türkiyədə Güney adı çəkilərkən onlar Türkiyənin güney-doğusundan söhbət getdiyini güman edirlər. Deyirəm "Güney Azərbaycan", deyir "hardadı bu?". Türkiyənin alimləri, ziyalıları belə bunu bilmirlər. Bu , xəyanətdir. Niyə Türkiyənin tarixində İran türklərinin tarixi yoxdur? İran türklərinin tarixi danılır? Niyə İranın coğrafiyası olduğu kimi Türkiyənin məktəblərində, mədrəsələrində tədris olunmur? Kim bizi satdı? Niyə bizə arxalarını çevirdilər? Niyə bizim məhv olmağımıza göz yumdular? Bu suallara cavab verilməlidir.
Deyəndə 30-40 milyon oğuz türkü, deyirlər "azəri", deyirəm azəri özünsən, sən 80 il əvvəl özünə osmanlı, dilinə osmanlıca deyəndə biz özümüzə türk, dilimizə isə türk dili deyirdik. Bu ? tarix boyu belə olub və belə də davam edəcək. Nə haqla mənə azəri deyirsən? Bunu belə bilmir.
Avropa Güney Azərbaycanı əsla tanımır. Əgər beynəlxalq təşkilatların verdiyi raportlar olmasaydı, mənimlə heç görüşmək istəməzdilər. Əvvəllər mənimlə iranlı dissident kimi görüşürdülər. Biz bu məsələni çözdük, bizi Güney Azərbaycan hərəkatının təmsilçisi kimi tanıdılar. Bu məsələnin çözülməsində Qüzeyin də payı var.
![]() |
Amma bizim bu iqtidardan çox-çox incikliyimiz var. Bəzi qurumlar, təşkilatlar, hərəkatlar əlimizdən vaxtında yapışmayıblar, əksinə , ayağımızdan çəkiblər. Biz içəri və çölü birləşdirmişik. Çöhrəqanlı içəridədir, onun ruhu içəridədir. Mən içəri ilə bərabər irəli gedirəm. Bizim hər gün bir-birimizlə təmasımız var, müxtəlif yollarla ünsiyyətdə oluruq. İçərinin və çölün tempini tuta bilirik və bunu birləşdirməyə çalışırıq.
Bu gün biz qərara gəlmişik ki, Güney Azərbaycanı dünya səviyyəsində tanıdaq. İnanın, bu gün dünyada elə müstəqil ölkələr var ki , Güney Azərbaycanı heç tanımırlar. Biz Güney Azərbaycanı Təbrizdən, bir evin içindən çıxardıq, bu həqiqəti bütün Güney Azərbaycana, or a dan İranın hər yerinə yaydıq. Güneyi Türkiyə, Avropa, Amerika olduğu kimi tanıdı. Onu Amerikanın Ağ evinə, Pentaqonuna, Dövlət Departamentinə Xarici İşlər Nazirliyinə, Konqresinə və Senatına apardıq. Min müsibətlə bu işləri gördük. Bu gün mən öz gileyimi müstəqil Azərbaycana bildirməliyəm. Biz Azərbaycan hakimiyyətindən heç bir siyasi, maddi, mənəvi yardım görmədik. G u zey Azərbaycan müstəqil deyilmi? Onlar bizim bacı-qardaşlarımız deyilmi? Biz bu işləri yalnız öz gücümüzlə, sürünə-sürünə gördük, dərdimizi Avropa Şurasına eşitdirdik. Tarix bunları unutmayacaq, sabah tarix qarşısında cavab verməli olacaqlar. 8 ildir güneylilər min müsibətlərə dözərək millətin vəziyyətini dünyaya anlatmağa çalışırlar. Bu işimizdə bizə nə Türkiyənin, nə də Quzey Azərbaycanın rəsmiləri yardım ediblər. Biz işimizi görəcəyik, biz işimizi görmüşük zatən.
Bu gün İran məsələsi gündəmdədir. Dostlarımız, mütəxəssislərin dediyi kimi, 11 sentyabr terror məsələsi çox böyük məsələlərin həllinin zəruriliyini önə çıxartdı. İran 3 cəhətə görə problem kimi çözülməlidir. Əvvəla, İrandakı ideologiya dini bir hakimiyyət qurub və bu , qəbul olunmur. Din siyasətdən ayrı olmalıdır. İrandakı ideoloji sistem digər ölkələrin hakimiyyətini, bu ölkələrdəki demokratik rejimləri təhdid edir, onların yıxılmasını qarşısına məqsəd qoyur və özü kimi hakimiyyətlərin iqtidara gəlməsinə, İslam inqilabını digər ölkələrə ixrac etməyə çalışır. Bu , böyük bir problem d ir.
İkincisi, İran rejimi bəzi terror qrupların ın yaranmasının birbaşa səbəbidir, İran hakimiyyəti keçən 24-25 il ərzində bəzi terrorist qrupların yaranmasında böyük rol oynamışdır. Biz bunların nə olduğunu dünya qarşısında açıqlaya bilərik.
Üçüncüsü, nüvə silahı. İran ən qısa zamanda nüvə silahını əldə edə biləcək durumdadır. Bu sistemdə belə bir rejim çox böyük təhlükə mənbəyidir. Buna görə dünyanın da İranla problemi var. Dünya bu problemi həll etmək niyyətindədi. Bizim anladığımıza görə , onlar bunu yubatmayacaqlar. Biz özümüzü hazırlamalıyıq. Bu gün hər bir azərbaycanlı buna hazır olmalıdır. Qeyd etdiyimiz kimi, İran millətlər həbsxanasıdır. Bütün bunlara baxmayaraq , cənab Xatəmi bu gün dünya qarşısında mədəniyyətlərin dialoqu problemini qoyur, özünü sivil dünyanın qayğı və problemlərini anlayan bir şəxs və fiqur kimi göstərmək istəyir. Ona demək lazımdır ki, cənab Xatəmi, sən öz ölkəndə mədəniyyətləri qətlə yetirməklə məşğulsan, İranda 12 etnik qrup var, 12 millət, 12 mədəniyyət, 12 kültür var. Əgər sənin mədəniyyətlərə hörmətin varsa, əvvəlcə öz ölkəndə danışıqlara başla. Mədəni dialoqu öz ölkəndə qura bilsən, onda dünya ilə də bu metoddan istifadə edə bilərsən. Öz insanlarını ən ibtidai insan haqlarından məhrum etmisən. Demokratiyadan, insan haqlarından heç xəbərin yoxdur. Ona görə də bu gün bu rejimin qarşısında İrandakı etniklər durur. Güney hərəkatı 98 ildir davam edir. 5-ci mərhələ 1995-ci ildən başlamışdır.
Bilirsiniz ki, ölkəmizdə böyük dəyişikliklər var. Yaxın gələcəkdə bir, maksimum iki il ərzində bu dəyişiklikləri hər kəs görəcək. Amma iki il də gecdir. Çünki iki il içində bu təhlükəli rejim nüvə silahını əldə edə bilər, ondan sonra isə bu problemin həll olunması olduqca çətinləşəcək.
Bu gün bizlərə birgə olmaq lazımdır. Quzey Azərbaycanın 35 milyon güneylinin ölüm-dirim savaşına hazırlığı varmı, sizlərin planlarınız, proqramlarınız varmı? Sabah milyonlarla insan Arazı keçib Quzeyə keçə bilər. Buna hazırlığınız varmı? Bilirəm, hazırlığınız yoxdur, planınız da yoxdur. Türkiyənin buna hazırlığı varmı? Təəssüf ki, yoxdur. Amma bilin ki, buna Avropada, Amerikada hazırlıq var, onlar özlərini buna hazırlayıblar. İraqda olan türkmanların durumu sərt həqiqətləri təsdiqlədi. Biz də özümüzü hazırlamalıyıq, öz işimizi görməliyik. Əlbəttə, ilk növbədə biz g üney azərbaycanlılar, bəli, mən çəkinmədən "güney azərbaycanlılar" deyirəm. Bəziləri deyir ki, milləti ayırmayın. Milləti biz bölmədik, milləti 1800-cü illərdə rus bölüb. Azərbaycan bölünübdü, sən bunu qəbul etməlisən. Sənin burnundan qan axır və bu , soyuqdəymədən deyil; sənin, mənim xərçəngimiz var. Və biz bunu qəbul etməliyik ki, müalicəni də düzgün apara bilək. Azərbaycan da qəsdən parçalanıb və qurbanlıq əti kimi quldurların əlindədir.





