Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 31, 2007 12:04

  Con Ebenezer Esslemont. "Bəhaullah və Yeni Era"

John Ebenezer Esslemont. Baha'u'llah and the New Era.

İngilis dilindən tərcümə.

ÖN SÖZ

I FƏSİL. XOŞ MÜJDƏ

II FƏSİL. BAB - MÜJDƏÇİ

III FƏSİL. BƏHAULLAH — ALLAHIN ŞƏRƏFİ

Davamı...
Oktyabr 31, 2007 11:55

  Babək: Azərbaycanın qəhrəman sərkərdəsi

http://memorial.aznet.org/alfz.shtml  təqdimatında Azərbaycanın görkəmli insanları

B.E.Ə. VII - IX XI - XIII XIV - XV XV - XVI XVII 

A  B C Ə  F H X İ Q M N Ö P R S Ş T U Y Z

 

İslamın yaranmasından bir neçə əsr qabaq Azərbaycan zərdüştiliyin mərkəzinə çevrilmiş, bu dinin ən müqəddəs mə'bədləri burada salınmış, maqlar-zərdüştilərin kahinləri burada yaşamışlar. Buna görə də IX əsrin başlanğıcında sonradan xalq rəhbərinə və böyük bir sərkərdəyə çevrilən sadə kəndli Babəkin başçılığı ilə qalxan üsyanın əski inamların bərpası tələbləri ilə islama qarşı şüarlar altında başlaması heç də təəccüblü sayılmamalıdır.

Davamı...
Oktyabr 31, 2007 11:43

  Məhəmməd ZƏRƏNDİ. "...Həzrət Babın zühuru..."

Oktyabr 31, 2007 11:36

  ƏDALƏT TAHİRZADƏ. «AZƏRBAYCAN CÜMHURİYYƏTİ»: ilk milli dövlətimizin rəsmi adı

Azərbaycan xalqı böyük bir imperiyayla çoxillik çarpışması və axıtdığı çoxlu şəhid qanları bahasına 18 oktyabr 1991-də qurtuluşunu yenidən qazandı və yaratdığı ikinci respublikasını 28 may 1918-də qurulmuş və 28 aprel 1920-də rus XI ordusu süngüləriylə yıxılmış ilk milli dövlətimizin varisi elan etdi. Bəs bu ilk milli dövlətimizin rəsmi adı necə olub? Nüfuzlu çoxcildlik nəşrlərdə və dövlət sənədlərində bu ad ən müxtəlif biçimlərdə: «Azərbaycan Xalq Cümhuriyyəti (AXC)», «Azərbaycan Demokratik Respublikası (ADR)», «Azərbaycan Respublikası (AR)», «Azərbaycan Cümhuriyyəti»… kimi işlədilməkdədir. Özümüzü varisi elan etdiyimiz bir dövlətin adını indiyədək doğru-düzgün öyrənməməyimiz və onu hərənin istədiyi kimi adlandırması bizə ayıbdır. Ona görə də, gec də olsa, bütün yanlışlıqlara son qoya biləcək danılabilməz tutarqaları heç kəslə dartışma-çəkişməyə girmədən və mövzunu siyasiləşdirmədən sevimli oxucularımıza təqdim edirəm.

Davamı...
Oktyabr 31, 2007 11:33

  Ralf MARŞALLEK. "AMERİKANSAYAĞI İDDİANIN ARXASINDA NƏ DAYANIR?"

Görünən kəndin "bələdçisi"

VƏ YA AMERİKANSAYAĞI İDDİANIN ARXASINDA NƏ DAYANIR

"Ədəbiyyat qəzeti" özünün 17 avqust 2007-ci il tarixli nömrəsində Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində son on beş ildə rüblük çap olunan "Azerbaijan International" jurnalının baş redaktoru Betti Bleyerin "Ciddi problem ciddi də tədqiqat tələb edir" adlı bir səhifəlik geniş bir materialını öz oxucularına təqdim edib. Əsl mətləbə keçməzdən qabaq təəccübümü bildirmək istərdim: necə olur ki, xanım Bleyerin qeyd etdiyi kimi, "8.000 mil məsafədə" ikicə gün əvvəl qələmə alınmış kifayət qədər irihəcmli məqalə üç nəfər tərəfindən (!?) bir göz qırpımında ingilscədən tərcümə olunaraq, necə deyərlər, buğlana-buğlana mötəbər bir qəzetdə Bakıda çapdan buraxılır?

Davamı...
Oktyabr 30, 2007 21:51

  Mövlanə Cəlaləddin Rumi. «Məsnəvi». "Zahidin arvadı"

Mövlanəsevərlərə kiçik bir hədiyyə

Daha öncə mövlanəsevərlər üçün böyük mütəfəkkir Mövlanə Cəlaləddin Ruminin məşhur «Məsnəvi»sinin 5-ci cildində yer alan bir hekayəni tərcümə edərək, bu böyük insanın düşüncələrindən bəhrələnən insanlara təqdim etmişdik. Bu dəfə də “Məsnəvi”dən başqa bir hekayəni oxucularımıza təqdim edirik. 


      

Zahidin arvadı

Davamı...
Oktyabr 30, 2007 21:23

  Fətullahçıların dövlət içərisində və Parlamentdə dayaqları var



 "Yeni cağ" qəzetinin təqdimatıyla. Bizim ("Yeni cağ"ınş - red.) şərh: Bu yazı “Yeni Müsavat” qəzetinin bu günki sayında dərc olunub. Yazıdakı bir çox nüanslarla razılaşmasaq da, Fətullah Gülən təhlükəsi ilə bağlı bizim həssasiyyət göstərdiyimiz məqamlara da toxunulduğu üçün olduğu kimi dərc edirik.

Davamı...
Oktyabr 28, 2007 20:28

  Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ " (IV)

Əcaib insandır Rəsulzadə

Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:

- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq cəmiyyətinə niyə getmək istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna sahib olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə yönəlmiş bir maddədir. 
Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır. Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar.

Davamı...
Oktyabr 28, 2007 20:23

  Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ" (III)

Yarı ac, yarı çılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara dalmışdım.

Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin borc kimi verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar bir az ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım gəlirdi. Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi.

Davamı...
Oktyabr 28, 2007 20:14

  Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ" (II)

Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.

Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.

Stalinə dedim:

Davamı...
Oktyabr 28, 2007 19:13

  Məhəmməd Əmin Rəsulzadə. "STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ"

İçindəkilər   Ön söz

M. Əmin Rəsulzadə kimdir?

Çarlığa qarşı mücadilə yarım yüz il öncə

Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

Moskva yolunda

Moskvada iki il

Moskvadan fərar

Davamı...
Oktyabr 28, 2007 18:21

  Səlim Babullaoğlu: "Tərcümə ədəbiyyatı, tərcümə vasitəsilə gələn informasiya..."

www.azyazar.com təqdim edir

 -Səlim bəy, söhbətimiz Azərbaycanda təcüməçiliklə bağlı olacaq. Azərbaycanda tərcüməçiliyin inkişaf səviyyəsi barədə nə deyə bilərsiniz?
-Bu gün bizdə tərcümə işinin vəziyyəti sırf iqtisadi-maaliyyə problemləri nöqteyi-nəzərindən qənaətbəxş deyil, bizdə kifayət qədər peşəkar, işgüzar təcüməçilər var və onlar öz işlərini həmişə olduğu kimi indi də vicdanla yerinə yetirirlər. Bilirsiniz ki, bu gün bizdə “Xəzər” jurnalı, “Dünya ədəbiyyatı” jurnalı, “Mütərcim” jurnalı, Xəzər universitetinin nəzdində “Tərcümə toplusu” nəşr olunur, yəni orada tərcüməçilər fəaliyyət göstərir.

Davamı...
Oktyabr 28, 2007 18:09

  KİPR YAZIÇISI İSMAYIL BOZKURDUN ROMANLARINDA İNSAN PROBLEMİ

İsmayıl Vəliyev, professor

Ədəbiyyatda və sənətdə insan məsələsi dünyada mövcud olan mürəkkəb problemlərin ən vaciblərindən biri sayılır. İnsan problemi cəmiyyətin formalaşdığı zamandan indiyə qədər bütün insanları və onların fəaliyyəti nəticəsində meydana gələn elmləri, dinləri, dövlətləri və siyasətçiləri daim maraqlandırmış və məşğul etmişdir. İnsan problemi bütün dövr və zamanların həyat və yaşam problemidir. Bədii söz sənətkarları öz axtarışlarında bu məsələni həmişə önə çəkmiş, insanın insan kimi yaşayışı üçün gə-rəkli olan vacib məsələlərin həllinə diqqət yönəltmişlər.

Davamı...
Oktyabr 28, 2007 17:55

  Vladimir Sorokin. "Geoloqlar"

Geoloqlar 
    (hekayə)
   
   Hisdən qaralmış və üzü üzlər görmüş köhnə sobanın içinə atılmış odunlar çırtıltıyla yanırdı. Sobanın yarıaçıq çuğun qapısının arxasından hərdənbir bayıra boylanan alov dilimləri isə geoloqların sifətlərinə yaqut parıltılar səpələyirdi. Solovyov son qullabı vurub siqaret kötüyünü narıncı dəliyə atdı və alov ömrü bitmiş kötüyü gəmirməyə başladı. Onun yanında, şam ağacından düzəlmiş alçaq kətildə oturan Alekseyev əlindəki enli ovçu bıçağıyla oynayır, onu odun parçasına batırır, sonra əlini uzadıb bıçağı birtəhər taxtadan qoparır və eyni prosesi dayanmadan təkrar edirdi.

Davamı...
Oktyabr 28, 2007 17:47

  Vahe Avetyan: "Ermənistanı cinayətkarlar idarə edir"

 Disident erməni yazıçısı ilə müsahibəDisident erməni yazıçısı ilə müsahibə 

"Ermənistanın təklikdə gələcəyi yoxdur, əgər Azərbaycan və Gürcüstan inkişaf etməsə, biz də inkişaf edə bilmərik"
   
Məşhur dissident erməni yazıçısı Vahe Avetyanla müsahibə almaq fikrinə təsadüfən düşmədik. O da Azərbaycanın bəzi yazıçılarının üzləşdiyi taleyi yaşayır. Səbəbi? Özündən soruşuruq. 

 - Cənab Avetyan, bildiyimiz qədərilə Daşnaklar ABŞ-da sizi məhkəməyə veriblər. Buna səbəb nədir?
   

Davamı...
Oktyabr 28, 2007 17:40

  Mövlanə Cəmaləddin Rumi. "Məsnəvi"dən çiçəklər

Rus dilindən çevirəni: Şamil ZAMAN

Rumi

Öz şahını mat eyləyən
təlxək haqqında

Şahmat oynamağı şah təklif etdi,
Təlxək üç gedişlə şahı mat etdi.

Pərt olmuş şah dərhal ayağa durdu,
Top ilə təlxəyin başından vurdu.

Davamı...
Oktyabr 28, 2007 17:35

  MİRZƏ KAZIMBƏY VƏ AVROPA ŞƏRQŞÜNASLIQ ELMİ

Bu il anadan olmasının 200 illiyi qeyd olunan Mirzə Kazımbəyin (1802-1870) hələ gənc yaşlarından görkəmli şərqşünas, Rusiyada şərqşünaslıq elminin yaradıcıdarından biri, filoloq, islam tarixinin misilsiz bilicisi, məşhur tarixçi, filosof, etnoqraf kimi böyük şöhrət qazanması, heç şübhəsiz, Avropa alimlərinin nəzərindən qaçmamış, görünür elə bu səbəbdən də onun yaradıcılığı alimin bütün şüurlu həyatı boyu diqqətlə izlənilmiş, öyrənilmiş və yüksək qiymətini almışdır. Qeyri-adi fitri istedadı, 12 yaşında ikən fars və ərəb dillərini mükəmməl bilməsi, zəngin məlumatlılığı və biliyi sayəsində 17 yaşında özünün ilk elmi əsərini — "Ərəb dilinin qısa qrammatikası"nı yazmış gənc şərqşünas alim taleyin hökmü ilə 1823-cü ildə Həştərxanda şotlandiyalı missionerlərin — Makferson və Qlenin vasitəsilə xristianlığı qəbul etdikdən

Davamı...
Oktyabr 27, 2007 21:20

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan (IV)

Müəllifi: Ataxan Əbilov

Qeyd edilən mənəvi və peşəkarlıq şərtlərilə yanaşı, hakimliyə namizədlər bir sıra digər tələblərə də cavab verməlidirlər:
1) Onlar Avropa Şurasının, o cümlədən, Məhkəmənin rəsmi dilləri hesab edilən ingilis və fransız dillərindən birini sərbəst bilməlidirlər.

2)  Onlar hakim seçildikləri dövr ərzində 70 yaş həddini aşmamalıdırlar.    Məhkəməyə hakimlər Avropa Şurasının Parlament Assambleyasında seçilirlər. Konvensiyanın 22-ci maddəsinə görə: "Hər bir razılığa gələn Yuksək Tərəf üzrə hakim, razılığa gələn Yuksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir". Parlament Assambleyasında formalaşan təcrübəyə görə, sessiyada iştirak edən deputatların nisbi səs çoxluğunu deyil, yalnız mütləq səs çoxluğunu (50%+1) qazanan namizəd hakim seçilmiş hesab olunur.

Davamı...
Oktyabr 27, 2007 21:12

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan. (III)

Müəllifi: Ataxan Əbilov  

Konvensiyanın 5-ci maddəsinin 2-5-ci hissələrində azadlıqdan məhrum edildikdən sonra şəxsin malik olduğu prosessual təminatlar müəyyən edilmişdir. Bu sıraya ilk  növbədə 5-ci maddənin ikinci bəndində təsbit edilən, həbs olunan hər bir şəxsə onun başa düşdüyü dildə həbsə almanın səbəbləri və ona qarşı irəli sürülmüş hər hansı ittiham barədə dərhal məlumat verilməsilə bağlı təminat aid edilir. Burada aşağıdakı cəhətlərə xüsusi diqqət yetirilir: 1) həbs olunan hər bir şəxsə həbsin səbəbləri və ona qarşı irəli sürülən hər hansı ittihamla bağlı məlumatın verilməsi (məzmun); 2) belə məlumatın şəxsə onun başa düşdüyü dildə verilməsi (forma); 3) belə məlumatın dərhal verilməsi (zaman). Qeyd edilən təminat 5-ci maddənin birinci hissəsinin a-f bəndində göstərilən bütün növ həbs və tutulmalara şamil edilir.

Davamı...
Oktyabr 27, 2007 20:44

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan. (II)

2.2.4. Nigaha daxil olmaq hüququ

 Konvensiyanın 12-ci maddəsində təsbit olunan bu hüququn faktiki realizasiyası zamanı münasibətlərin tənzimlənməsi dövlətdaxili qanunvericiliyin üzərinə qoyulur. Məsələnin belə qoyuluşu təbii hesab edilməlidir. Konvensiyanın qüvvədə olduğu ərazini nəzərdən keçirsək onun Rusiya və Türkiyə kimi dövlətlərin hesabına, hətta, Asiya qitəsinin də xeyli hissəsini əhatə etdiyinin şahidi olarıq. Bu ərazidə 800 milyondan artıq əhali və onların təmsil etdiyi yüzlərlə xalq yaşayır. Nigah və ailə məsələlərinin hər bir xalqın milli, mədəni, tarixi, dini ənənələrilə sıx bağlı olduğuna görə məsələnin belə qoyuluşu təsadüfi deyildir.

Azərbaycan Respublikasının qanunvericiliyi qeyd edilən standarta tamamilə uyğundur. Konstitusiyamızın 34-cü maddəsində nigahın maddi şərtləri göstərilmişdir. Orada deyilir ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır, nigah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bütün bu məsələlər Avropa standartları ilə milli adət-ənənələrimiz qarşılıqlı şəkildə nəzərə alınmağla 28 dekabr 1999-cü ildə qəbul edilən və 01 iyun 2000-ci ildə qüvvəyə minən Azərbaycan Respublikasının  Ailə Məcəlləsində hərtərəfli tənzimlənir.

Davamı...
Oktyabr 27, 2007 20:11

  Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan. (I)

Müəllifi: Ataxan Abilov

"Cəmiyyət və Hüquq", İctimai Birliyi
Əlaqə: Telefon: (994-12) 97 13 78; 97 13 79;
E-maıl:
ataxanabilov@mail.com

İçindəkilər:

Ön söz 
I fəsil: Azərbaycan Respublikası Avropa Şurasının tam və bərabər- hüquqlu üzvüdür 
II fəsil: İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi 
2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının Azərbaycan Respublikasının  qanunvericilik sistemində yeri 

Davamı...
Oktyabr 27, 2007 18:44

  Məhəmməd Əmin Rəsulzadə. "MİLLİ DİRİLİK. AZƏRBAYCAN DAVASI" (II)

MİLLİ DİRİLİK  - V -
Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu.

Davamı...
Oktyabr 27, 2007 18:41

  Məhəmməd Əmin Rəsulzadə. "MİLLİ DİRİLİK. AZƏRBAYCAN DAVASI" (I)

Məqalələr, Nitqlər 1914-1954

İçindəkilər:

- Dirilik Nədir?
- Milli Dirilik
- Azərbaycan Davası
- Milli Azərbaycan Hərəkatının Xarakteri
- Mirzə Fətəli Axundzadə
- 1953-cü ilin 28 Mayında Azərbaycana xitab
- 1951-ci ilin 26 Avqustunda Azərbaycana xitab
- ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının 32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı.
- Ə. (Dudənginski)-Fətəlibəylinin qətli münasibətilə nitq.

Davamı...
Oktyabr 27, 2007 18:05

  Haruki Murakami. "Bütün Tanrı övladları rəqs edə bilər"

Dünya şöhrətli yazıçı H.Murakami 1949-cu ildə Yaponiyanın qədim paytaxtı Kioto şəhərində, filoloq ailəsində doğulub. Vasade Universitetinin klassik dramlar fakültəsini bitirib, bir müddət Tokioda cazsevərlərin toplaşdığı barı işlədib.
Yazmağa 29 yaşından başlayıb. Hər səhər saat altıda durub, gecə 10-da yatır. Orta hesabla ildə bir roman yazır. 33 yaşından siqareti atıb, idmanla - qaçış və üzgüçülüklə məşğul olmağa başlayıb.
Yaponiyanı tərk edərək, ABŞ-da yaşamağa gedib. Yapon ədəbiyyatı tarixində ilk dəfə vətəninə kənardan - bir qərbli kimi baxıb, yazmağa çalışır.

Davamı...
Oktyabr 27, 2007 17:35

  Ольга Фрайденберг. "Поэтика Сюжета и Жанра"

Oktyabr 27, 2007 17:24

  Ролан Барт. "Мифологии"

Oktyabr 27, 2007 16:54

  И.С. Скоропанова. "РУССКАЯ ПОСТМОДЕРНИСТСКАЯ ЛИТЕРАТУРА"

Oktyabr 27, 2007 16:48

  ЗАРУБЕЖНАЯ ЛИТЕРАТУРА ДРЕВНИХ ЭПОХ, СРЕДНЕВЕКОВЬЯ И ВОЗРОЖДЕНИЯ

Oktyabr 27, 2007 10:32

  ЗАРУБЕЖНАЯ ЛИТЕРАТУРА XVII-XVIII ВЕКОВ

Вл. И. Новиков, д.ф.н.

Благодарим Янко Славу

Содержание:

Davamı...
Oktyabr 27, 2007 10:28

  ЗАРУБЕЖНАЯ ЛИТЕРАТУРА XIX ВЕКА



Yazılar cəmi: 183    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank