Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti I və II cild
Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından 
Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından 
Kult.az saytınını təqdimatında
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Rüqiyyə Səfərli
1
Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
«Düma tarix üçün nə edibsə, mən də həmən işi coğrafiya üçün edəcəyəm!»
Lonqevil bulvarındakı qüllədəki otağın pəncərəsində sübh açılmazdan xeyli əvvəl işıq yananda hamı bilir ki, metr Vern hamıdan əvvəl oyanıb növbəti kitabı üzərində işə başlayıb.
Amma adəti üzrə şam yandırsa da, artıq ona işıq lazım deyil. Axı gözləri tamam görmür. Çox çətinliklə hərəkət eləyir. Onu artıq ölmüş kimi sayan Etsel nəşriyyatı da onun adından işləyən bir qrup yazıçının yazdığı romanlar seriyasını buraxmaqda davam eləyir. Yox, indi o, qalxacaq və yazmağı rahatlaşdıran qurğunun köməyilə yazacaq. İlahi, bir vaxtlar dənizləri əldən-ayaqdan salmış insan indi ayaqlarını güclə sürüyür. Gözlərini yumub mürgüləməyə başlayan kimi arzularının gəmisi artıq kirpiklərinin üstündən üzməyə başlayır…
Davamı...«Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm»
1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur.
«Hərdən mən anamın portretinə tüpürməyi sevirəm»
Davamı...
Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi.

Daha doğrusu, Ukraynada yaşayan soydaşımız, tanınmış iş adamı, «Polisya» şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular.
Davamı...![]() |
Çingiz Aytmatov |
E-mənbə: http://www.525.az/new/2008/06/14/read=30587
Onun üçün bir əlcə ağ kağız ən məhrəm sirrlərini açdığı nəhəng ərazi deməkdi. Yəqin elə bu səbəbdəndi ki, ədəbiyyatı da özünə həyat qədər doğma bilir.
Beləliklə, Yaşar Əliyevin şənbə qonağı yazıçı-tərcüməçi Kamran Nəzirlidi. Kamran Nəzirli 1958-ci ilin 19 iyununda anadan olub. 1980-ci ildə Azərbaycan Dillər Universitetini (ingilis dili fakültəsini), 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya institutunun politologiya fakültəsini, 2002-ci ildə isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Nazım Hikmet Kendi Sesinden Şiirleri
http://rapidshare. com/files/ 122504139/ Naz__305_ m_Hikmet_ _kendi_sesinden_ 46_siir.rar
Müəllifdən:Bu məqaləni yazmaq ideyası birdən-birə yaranmamışdır. Mən dəfələrlə götür-qoy etdiyim məsələlər barədə fikirlərimi çoxdan söyləmək niyyətində idim. Açığını deyim ki, məni yazı masası arxasına keçməyə sövq edən bir neçə ay bundan əvvəl “Bakinski raboçi” və “Azərbaycan” qəzetlərində dərc etdirdiyim, respublikanın ictimai dairələrində geniş marağa səbəb olmuş və sonradan ayrıca kitab şəklində çap edilmiş “İnkişaf strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı məqaləm oldu. Mən yerli və xarici oxuculardan bu məqalə barədə dəfələrlə həm tərifli rəylər, həm də mənim baxışlarımdan fərqli fikirlər eşitməli olmuşam.
Davamı...
Tərcüməçi: Samir BULUT
İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəlik və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq mənə gəldikdə, bu səbəb - məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərimə
Davamı...
Minillikilər boyu insan cəmiyyəti daim özünü gözləyən bir çox təhlükələrdən və sığortalamaq üçün ağlagəlməz vasitələrə əl atmışdır. Bəzən bu vasitələr cəmiyyətə təhlükə törətsə də öz əhəmiyyətini bu günə kimi qoruyub saxlamışdır.
Maqlar əsasən Asiyada meydana gəlmış və başqa xalqlar arasında yayılmışdır. İbtidai icma quruluşu dövrlərində maqiyadan həm xeyirxah əməllər üçün həm də şər və bəd işlər görmək üçün istifadə etmişlər. Zaman keçdikcə bu bir sənətə çevrilmış və xüsusi insanlar tərəfindən öyrənilomişdir. Bu işlə əsasən qaraçı xalqları məşğul olsa da qeyri-qaraçı xalqlar arasında da olduqca geniş yayıldı.
Davamı...
"Qırğınları ermənilər törədib"
QayNar: Moskvada yerləşən Ordu Tarixi Dövlət Arxivində araşdırma aparan İstanbul Universitetinin tədqiqatçı-alimi Mehmet Perinçek, Birinci Dünya Müharibəsi vaxtı Qafqaz cəbhəsində məsul olan ordu generalı Leonid Bolovitinovun mərkəzi qərargaha göndəryi hesabatı aşakarlayıb. Digər adı "Çar Rusiyasının Ordu Arxivi" olan mərkəzdə aşkarlanan tarixi sənəd, günümüzdə Yerevan hökümətinin və erməni diasporasının şüarı halına gələn "Türklər 1915-ci ildə 1,5 milyon ermənini öldürüb" iddiasını ilk mənbədən yalan olduğunu ortaya qoyur.
Davamı...«Kütlə də qadın kimi güclü kişiləri sevir»
Romanın mərkəzində «Venesiya» sarayının 30 mindən artıq insan yerləşən böyük meydançası qarşısında eyvanda faşist lideri vaxtaşırı görünməyi sevərdi. Kütlə fərəh və coşğunluq içində əl çalıb heyranlığını bildirərdi. Duçe yavaş-yavaş əlini qaldırandan sonra kütlə səsini kəsərək, rəhbərin hər sözünü sanki nəfəs dərmədən dinləyərdi. Nitqlərini heç vaxt qabaqcadan hazırlamazdı. Əsas ideyaları beynində saxlayaraq intuisiya və improvizəyə arxalanardı. Mussolini Sezar kimi italyanların təxəyyülünü imperiya və şöhrət ilğımı, ümumxalq rifahının artması kimi iri planlarla canlandırırdı. O, hesab edirdi ki, «küitlə hələ ki, qeyri-mütəşəkkil qoyun sürüsüdür». Ona görə də xalq diktatorunu həm sevməli və eyni zamanda ondan çəkinməli və qorxmalıdı:
Qiyamçı atanın oğlu
Davamı...
Mən bir əsir idim, azad olmaq istədim
(İxtisarla)
AZADLIQ VƏ FİKİR AYRILIĞI
- Ustad! Sizdə fikir ayrılığı yoxdur?
- Nə qədər desən var! Azadlıq olan yerdə fikir müxtəlifliyi çox təbiidir.
- Bəs bu, ölkənin idarə olunmasını çətinləşdirmir?
- Heç də yox. İdarə etmək sənəti elə fikir müxtəlifliyi olan yerlərdə özünü göstərir.
(təəssüratlar)
Bakıda keçirilən ənənəvi Beynəlxalq "Şərq-Qərb" kinofestivalı analoji tədbirlərdən fərqlənir, festivallar festivalıdır. Yəni burda bir neçə festivalda müxtəlif mükafatlara layiq görülmüş filmlər nümayiş olunur. Festivalın prizləri də simvolik xarakterlidir - "bəşəriyyətə ən humanist göndəriş", "əsl kişilik obrazı", "əsl qadınlıq obrazı", "dünya kinosuna xidmətlərinə görə" və s. Mükafatlar MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, "Şərq-Qərb" festivalının prezidenti, kinodramaturq Rüstəm İbrahimbəyovun bu il növbəti dəfə sədr seçildiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən təqdim edilir.
Xəstəliyin yaranma tarixi
İlk növbədə bu xəstəliyin yaranma tarixinə nəzər salaq. Bu xəstəliyin yaranma tarixi II Dünya müharibəsindən sonrakı illərə təsadüf edir. Görünür, müharibənin ən qızğın dövründə bir çox epidemiyaların yarandığı kimi bu xəstəlik də dövrün əlverişli şəraitinə düşərək inkişaf etmişdir. Heç kimə sirr deyil ki, həmin dövrdə müharibə edən dövlətlərin bir çoxunda cəmiyyət əxlaqsızlığa daha çox meyl göstərmiş, qadınlar cinsi zorakılığa məruz qalmış və nəticədə bir
Davamı...| Gülnarə RƏFİQ gulnarerefiq@gmail.com | |
«Qadın üzərində hər yeni qələbə bir daha sübut eləyir ki, bizim qucağımızda onlar hamısı eynidir…» | |
Sirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. “Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır”,- deyən «Space» telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara verdiyi müsahibədə aydınlıq gətirir:
- Dublyaj uzaqdan çox adi, o qədər də istedad və zəhmət istəməyən bir iş təsiri bağışlayır. Halbuki, belə bir təsəvvür ancaq həmin işdən baş çıxarmayan kəslərin nəzər nöqtəsidir. Dublyajın keyfiyyəti ancaq yüksək səviyyədə olmalıdır. Film orta səviyyədə çəkilə bilər, teatr tamaşası, yaxud televiziya-radio verilişi, lap elə qəzet məqaləsi də yüksək sənət və ya qələm meyarına uyğun gəlməyə bilər. Dublyajın başlıca keyfiyyəti bu çevirmənin ustalığında, orjinalın ruhunu saxlamaqla,
Davamı...